SOSİAL

Rəsulzadəyə dil uzadan deputata: "Sən o yaşda nə işlə məşğul idin?"

10:07 - 27 Avqust 2023

 Rəsulzadəyə dil uzadan deputata:

Mərahim Nəsib yazır...

Milli Məclisin deputatı Kamal Cəfərov, Məhəmməd Əmin Rəsulzadə 24 yaşında dövlət qurmuşdu. Bəs, sən həmin yaşda harada idin və ya nə işlə məşğul idin? Ən azından, gördüyün iş dövlət quracaq qədər əhəmiyyətli iş olmayıb, yəqin, razılaşarsan.

Bu gün təmsil etdiyin qanunverici orqanın aid olduğu dövlətin təməl daşlarını Məhəmməd Əmin bəy və komandası atıb. Bu dövlətin rəmzi olan bayraq, gerb, himn, həmçinim ordu, parlament, demokratik dəyərlər, ümumiyyətlə dövlətçilik ənənələri məhz Rəsulzadə və komandasına məxsusdur. Onlar Azərbaycan Xalq Cümhuriyyətini yaratmaqla, Şərqin ilk demokratik dövlətini yaradıblar. Kamal Cəfərov, Məhəmməd Əmin Rəsulzadəyə qarşı çıxmaqla göstərmək istədiyin sədaqət və təslimiyyəti başqa cür də nümayiş etdirə bilərdin. Narahat olma, təslimiyyətin əhatə dairəsi və xüsusiyyəti çoxdur. Bunun üçün Rəsulzadəni və qurduğu dövləti təhrif etməyə ehtiyac yox idi. Axı, sənin nə çəkin, nə savadın, nə statusun, nə də təcrübən Rəsulzadəyə - ali dəyərlərə dil uzatamağa əsas vermir.

Bəli, ali dəyər. Çünki Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının ali dəyəridir və ali dəyərlərə dil uzatmaq xalqı təhqir etməkdir. Xalqı təhqir edən şəxs isə mütləq cəzasını almalıdır. Çünki günahkar cəzalanmasa, günahını təkrarlamayacağına heç kim zəmanət verə bilməz.



Digər xəbərlər

Xəbər xətti