CİNAYƏT

Salyanda ər 25 yaşlı arvadını QƏTLƏ YETİRDİ - Qadının ölümündən bir neçə saat öncə çəkdiyi görüntülər - VİDEO

23:56 - 17 Avqust 2023

 Salyanda ər 25 yaşlı arvadını QƏTLƏ YETİRDİ - Qadının ölümündən bir neçə saat öncə çəkdiyi görüntülər - VİDEO

Salyanda 25 yaşlı qadın qətlə yetirilib.

Belə ki, avqustun 16-da saat 15:00 radələrində Salyan rayonunun Arbatan kəndində 1998-ci il təvəllüdlü Günel Qurban qızı İbrahimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Qonşuların sözlərinə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Qaraş Rabil oğlu İbrahimov zəhmətkeş oğlan olub: “O gəlin onları yerlə-yeksan etdi”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Qaraş İbrahimov könüllü polisə gələrək təslim olub. 

Sosial şəbəklərdə isə qətlə yetirilən qadının ölümündən bir neçə saat öncə çəkdiyi görüntülər paylaşılıb.

Belə ki, 1993-cü il təvəllüdlü Qaraş Rabil oğlu İbrahimov arvadına ondan ayrılacağı təqdirdə öldürəcəyi ilə hədə-qorxu gəlib.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər

Xəbər xətti