İQTİSADİYYAT

Türkiyə lirəsi kəskin UCUZLAŞDI - 100 TL 8 manat oldu

10:10 - 2 İyun 2023

 Türkiyə lirəsi kəskin UCUZLAŞDI - 100 TL 8 manat oldu

Türkiyədə lirə kəskin şəkildə ucuzlaşmaqda davam edir.

Birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 20,9069 səviyyəsinə qədər yüksəlib. Başqa sözlə, TL təkcə bu gün dollar qarşısında 0,47% dəyər itirib. Son bir ayda isə lirə 7% ucuzlaşıb.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 20.7529 TL, satış üzrə 20.7903 TL müəyyən edib. Türkiyə lirəsi paralel olaraq Azərbaycan manatı qarşısında da rekord şəkildə eniş edib. Azərbaycan Mərkəzi Bankının iyunun 2-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0814 manata ticarət edilir.



Digər xəbərlər

Xəbər xətti