HADİSƏ

Qəbələdə mikroavtobus minik avtomobili ilə TOQQUŞDU - 15 nəfər yaralandı, 3-nün vəziyyəti AĞIRDIR

14:40 - 26 May 2023

 Qəbələdə mikroavtobus minik avtomobili ilə TOQQUŞDU - 15 nəfər yaralandı, 3-nün vəziyyəti AĞIRDIR

Qəbələdə hərəkətdə olan mikroavtobusla minik avtomobili toqquşub.

VAXTMedia xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində 15 nəfər xəsarət alıb və onlar TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.



Xəbər xətti