Horeca
SOSİAL

Polis əməkdaşı qida zəhərlənməsindən ölməyibmiş -AQTA-dan açıqlama

16:49 - 25 May 2023

 Polis əməkdaşı qida zəhərlənməsindən ölməyibmiş -AQTA-dan açıqlama

Mayın 24-də axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayevin səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilməsi və daha sonra həyatını itirməsi ilə bağlı mediada yayılmış məlumat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırılıb.

Bu barədə AQTA-dan bildirilib.

"Araşdırma zamanı hadisənin qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən olunub", - məlumatda qeyd edilib.

Qeyd edək ki, DİN-in mətbuat xidməti Əlahiddə Çevik Polis Alayında manqa komandir Samir Mustafayevin qida zəhərlənməsindən ölməsi barədə məlumat yaymışdı.



Xəbər xətti