Azərbaycanın Ukraynadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
VAXTMedia xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
E.Axundova Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.