Horeca
MƏDƏNİYYƏT

Aysunun keçmiş əri HƏBS OLUNDU

11:14 - 25 May 2023

 Aysunun keçmiş əri HƏBS OLUNDU

Müğənni Rəqsanənin keçmiş kürəkəni Eşqin Cəlilov həbs edilib.

VAXTMedia “Qafqazinfo” istinadən xəbər verir ki, E.Cəlilov Rəqsanənin qızı Aysun İsmayılovaya qarşı fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olunub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə, E.Cəlilov 30 sutka inzibati qaydada həbs edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl müğənni R. İsmayılova sosial şəbəkə hesabında canlı yayımda qızı Aysunun Eşqin tərəfindən döyülüb söyüldüyünü bildirmişdi.



Xəbər xətti