Horeca
HADİSƏ

Polis əməkdaşı qidadan zəhərlənərək HƏYATINI İTİRDİ

09:51 - 25 May 2023

 Polis əməkdaşı qidadan zəhərlənərək HƏYATINI İTİRDİ

Mayın 25-də saat 05 radələrində polis baş serjantı xəstəxanada vəfat edib.

DİN-in mətbuat xidmətindən VAXTMedia-ya bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib.

Araşdırma aparılır.

Qeyd edək ki, S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.



Xəbər xətti