Horeca
HADİSƏ

Siyəzəndə 7 yaşlı uşaq qəfil DÜNYASINI DƏYİŞDİ

10:25 - 24 May 2023

 Siyəzəndə 7 yaşlı uşaq qəfil DÜNYASINI DƏYİŞDİ

Siyəzəndə bədbəxt hadisə baş verib.

VAXTMedia xəbər verir ki, APA-nın şimal bürosunun məlumatına görə, şəhər sakini, 2016-cı il təvəllüdlü uşaq qəfildən dünyasını dəyişib.

Yaxınları onu Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirsələr də, uşaq artıq xəstəxanaya çatana kimi ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.

Azyaşlının ölüm səbəbinin dəqiqləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Faktla bağlı araşdırmalar davam etdiriləcək.



Xəbər xətti