Horeca
SOSİAL

Şəkidə bir məktəbdə 24 şagird və 3 müəllim ZƏHƏRLƏNDİ - İlkin ehtimala görə ...

15:19 - 23 May 2023

 Şəkidə bir məktəbdə 24 şagird və 3 müəllim ZƏHƏRLƏNDİ - İlkin ehtimala görə ...

Şəkidə orta məktəbin 24 şagirdi və 3 müəllimi zəhərlənib.

VAXTMedia-nın APA-ya istinadən xəbərinə görə, Şəki-Zaqatala regional təhsil idarəsi Şəkinin Qudula kənd orta məktəbində baş verən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Bununla bağlı olaraq Şəki-Zaqatala regional təhsil idarəsinin məsul əməkdaşları xəstəxanada onlara baş çəkib və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar. Narahatlıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir. İlkin araşdırmalara görə zəhərlənməyə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub. Mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənməni yaratdığı ehtimal edilir.

Hadisə haqqında əlavə məlumat veriləcək.



Xəbər xətti