Horeca
SİYASƏT

İlham Əliyev Keniyaya yeni səfir təyin etdi

15:01 - 23 May 2023

 İlham Əliyev Keniyaya yeni səfir təyin etdi

Sultan Ağami oğlu Hacıyev Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

VAXTMedia-nın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Sultan Ağami oğlu Hacıyev iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edilib.



Xəbər xətti