SİYASƏT

Prezident Elmira Axundovanı Ukrayndakı səfir vəzifəsindən GERİ ÇAĞIRDI - Yerinə o təyin edildi

14:35 - 23 May 2023

 Prezident Elmira Axundovanı Ukrayndakı səfir vəzifəsindən GERİ ÇAĞIRDI - Yerinə o təyin edildi

Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

VAXTMedia xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər bir sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini Seymur Qurban oğlu Mərdəliyev vəzifəsindən geri çağırılıb və o, növbəti sərəncamla   Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.



Xəbər xətti