Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxsə cinayət işi başlanılıb.
Bu barədə VAXTMedia-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
O bildirib ki, Tovuz rayon sakini Ə.Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə qaçması ilə əlaqədar S.Kavazov barəsində cinayət işi açılıb.
"Araşdırmalar davam etdirilir", - DİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, kişinin yaxınlarının "Baku TV"yə verdiyi məlumata görə, qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 40-dan çox yaşı var və ailəlidir.
Üç övladı olan S.Kavazov Xudat şəhər xəstəxanasında mühafizəçi kimi çalışır.