QARABAĞ

Müdafiə Nazirliyi məlumat yaydı

10:07 - 23 May 2023

 Müdafiə  Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun guya Basarkeçər rayonunun Günəşli məntəqəsi istiqamətində atəş açması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

VAXTMedia xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 

“Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır, bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə qeyd edilib.



Digər xəbərlər

Xəbər xətti