Horeca
SOSİAL

Yüksək vəzifə verilən polkovnik keçmiş nazirin oğludur

16:41 - 22 May 2023

 Yüksək vəzifə verilən polkovnik keçmiş nazirin oğludur

Xəbər verdiyimiz kimi, polkovnik Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

VAXTMedia-nın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, Azər Məmmədov 1987-1990-cı illərdə Azərbaycanın daxili işlər naziri olmuş tanınmış dövlət xadimi Aydın Məmmədovun oğludur.

1969-cu il təvəllüdlü A.Məmmədov uzun müddət polis orqanlarında xidmət edib. Onun son iş yeri isə Daxili İşlər Nazirliyində Daxili Təhqiqat İdarəsinin rəis müavini vəzifəsi olub.

Fotoda keçmiş nazir Aydın Məmmədov



Xəbər xətti