Horeca
SOSİAL

Tovuzda itkin düşən 13 yaşlı qız Xaçmazda tapıldı - Ailə qurmaq üçün gedibmiş

15:39 - 22 May 2023

 Tovuzda itkin düşən 13 yaşlı qız Xaçmazda tapıldı - Ailə qurmaq üçün gedibmiş

Tovuzda itkin düşən 13 yaşlı qızın yeri müəyyənləşdirilib.

Bu barədə VAXTMedia-ya Daxili İşlər Nazirlininin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

O bildirib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib.

"Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib. İlkin məlumata görə Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.



Xəbər xətti