Cənubi Azərbaycanın milli azadlıq hərəkatının məşhur təbliğatçısı Əhməd Oba və oğlu Dəniz ABŞ-da vəhşicəsinə döyülüb.
VAXTMedia Musavat.com-a istinadən xəbər verir ki, Əhməd Obalı və ailəsi uzun illər Amerikada mühacir həyatı yaşayıb.
“Hazırda o, ABŞ vətəndaşıdır. Əhməd Obalı İran rejiminə qarşı mübarizə aparan GünAz TV-nin rəhbəri və qurucusudur.
Obalı Azərbaycana sıx-sıx gedib gəlirdi. Bu hadisə də Azərbaycandan dönüşdən 1 gün sonra baş verib. Hadisənin təfsilatı ilə bağlı dəqiq məlumat yoxdur. Lakin ilkin versiyaya görə, bu, İran kəşfiyyatının əməlidir.
Bildirildiyinə görə, Əhməd bəyin vəziyyəti hazırda ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Güney Azərbaycan liderinin barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir. Obalılara sui-qəsd edən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb".