Horeca
HADİSƏ

Yol keçən qazini "Prius" vurub öldürdü

11:30 - 19 May 2023

 Yol keçən qazini

Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

VAXTMedia “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Mirdamət Mirkamil oğlu Kamilov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə piyada 2001-ci il təvəllüdlü Vüqar Pünhan oğlu Rüstəmovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, V.Rüstəmov Vətən müharibəsi qazisi olub. O, müharibədə iştirakına görə bir neçə medalla təltif edilib.



Xəbər xətti