Gəncədə təkər təmir edən usta bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
VAXTMedia-nın əldə etdiyi məlumata görə, hadisə Gəncə şəhərində yerləşən təkər təmiri sexlərinin birində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Elman Məmmədov işlədiyi sexdə təmir etdiyi təkərin partlaması nəticəsində boğazından xəsarət alaraq ölüb.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.