Horeca
CİNAYƏT

Bakıda adam öldürdüyünə görə həbs edilən şəxs GÜNAHSIZ ÇIXDI - Mərhum görün nədən vəfat edib

17:47 - 15 May 2023

 Bakıda adam öldürdüyünə görə həbs edilən şəxs GÜNAHSIZ ÇIXDI - Mərhum görün nədən vəfat edib

Bakıda mayın 7-də 73 yaşlı kişinin qətlə yetirilməsi barədə yayılan məlumatla bağlı bəzi detallar ortaya çıxıb.

VAXTMedia-nın APA-ya istinadla əldə etdiyi xəbərə görə, mayın 8-də paytaxtın Nizami rayonunda saat 17:30 radələrində 1950-ci il təvəllüdlü Fərman Feyzulla oğlu Hüseynovun küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Hidayət Əliağa oğlu Cəfərov müəyyən olunaraq tutulub.

Lakin istintaqın gedişatı zamanı Fərman Hüseynovun qətlə yetirilmədiyi ortaya çıxıb. Məlum olub ki, Fərman Hüseynov və Hidayət Cəfərov arasında mübahisə yaranıb. Bu zaman Fərman Hüseynovun oğlu araya girərək Hidayət Cəfərovu vurub.

Baş verən dava zamanı Fərman Hüseynov ölüb.

Məlum olub ki, Fərman Hüseynov dava zamanı xəsarət almayıb və onun ölümünə ürək tutması səbəb olub.

Ona görə də hadisə zamanı saxlanılan Hidayət Cəfərov sərbəst buraxılıb.

Hidayət Cəfərovun ölən Fərman Hüseynovun oğlu tərəfindən döyülməsi faktı ilə bağlı hazırda araşdırma aparılır.

Hidayət Cəfərov iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.



Xəbər xətti