İQTİSADİYYAT

Mərkəzi Bankı uçot dərəcəsini artırdı

11:17 - 29 Mart 2023

 Mərkəzi Bankı uçot dərəcəsini artırdı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,5 %-dən 8,75 %-ə çatdırılması barədə qərar qəbul edib.

VAXTMedia AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi artırılaraq 6,75 %-dən 7 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 %-dən 9,75%-ə çatdırılıb.

"Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, - deyə AMB bəyan edib.

Yeni uçot dərəcəsi martın 30-dan qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı mayın 3-də ictimaiyyətə açıqlanacaq. 



Digər xəbərlər

Xəbər xətti