İSLAM

Həcc ziyarətindənki bu qadağa aradan qaldırıldı

00:22 - 10 Yanvar 2023

 Həcc ziyarətindənki bu qadağa aradan qaldırıldı

Səudiyyə Ərəbistanı Covid-19 pandemiyası zamanı zəvvarlara tətbiq edilən bəzi qadağalaq aradan qaldırılıb.

Bu haqda Səudiyyə Ərəbistanının Həcc və Ümrə başqanı Tevfik er-Rabia Ciddədə keçirilən “Expo Hajj 2023” sərgisinin açılışında “Rəhmanın qonaqlarına xidmətdə keyfiyyət və rəqabət qabiliyyəti: gələcəyə baxış” başlığı ilə çıxışı zamanı danışıb.

O, bu il zəvvarlara yaş məhdudiyyəti qoyulmayacağını və sayının epidemiyadan əvvəlki kimi olacağını qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yeni növ koronavirusun (Covid-19) yayıldığı 2020-ci ildən sonra zəvvarlara yaş və say məhdudiyyəti qoyub.

Bu səbəbdən 2019-cu ildə 2,5 milyona çatan zəvvarların sayı 2020-ci ildə 10 min, 2021-ci ildə 60 min, 2022-ci ildə isə 779 min 919-u Səudiyyə Ərəbistanından kənarda olmaqla 899 min 353 ilə məhdudlaşıb.



Digər xəbərlər

Xəbər xətti