İQTİSADİYYAT

Azərbaycanın dövlət büdcəsində ilk dəfə - Mikayıl Cabbarov açıqladı - FOTO

16:52 - 16 Dekabr 2022

 Azərbaycanın dövlət büdcəsində ilk dəfə - Mikayıl Cabbarov açıqladı - FOTO

“15 dekabr tarixinə olan məlumata görə, dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ilk dəfə olaraq 15 milyard manatı keçib”.

VAXTMedia xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov öz "Facebook" hesabında yazıb.

Nazir bildirib ki,  qeyrineft-qaz sektorundan daxilolmalar isə 7,9 milyarda çatıb.

"Qeydə alınan bu rekord göstərici həyata keçirilən mütərəqqi iqtisadi islahatların, səmərəli vergi inzibatçılığı və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Öhdəliyini dürüst yerinə yetirən vicdanlı vergi ödəyicilərinə və Dövlət Vergi Xidməti-nin əməkdaşlarına təşəkkürümüzü bildiririk".



Digər xəbərlər

Xəbər xətti