İQTİSADİYYAT

Gələn ildən kimin pensiyasında nə qədər artım olacaq? - Ekspert açıqladı

11:52 - 16 Dekabr 2022

 Gələn ildən kimin pensiyasında nə qədər artım olacaq? - Ekspert açıqladı

Xəbər verildiyi kimi ölkə başçısının pensiyaların indeksləşdirilməsilə bağlı yeni dəyişiklikləri təsdiq etməsi ilə yeni ildən pensiyaların artımı nəzərdə tutulub.

VAXTMedia xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov yeni qayda ilə kimin nə qədər pensiya alacağını şərh edib.

 “Bəs, gələn il pensiyalar nə qədər artacaq” sualının cavabını misal üzrə üzrə desək, 2022-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 830 manat (yanvar-oktyabr aylarında 827,9 manat olub) olarsa, bu 2021-ci ilin eyni dövr ilə müqayisədə təxminən 14,5%-lik artması deməkdir. Deməli, pensiyaçılar da aldıqları hər 100 manat pensiyaya görə əlavə olaraq 14 manat 50 qəpik artıq alacaqlar. 300 manat alan 343,5 manat, 400 manat alan 458 manat alacaq. Qeyd edək ki, əgər indeksasiya 14.5%-dən nə qədər yuxarı edilərsə, pensiyalar həmin faiz nisbətində daha çox artacaq.

 

Digər bir dəyişiklik isə qulluq stajına görə əmək pensiyasına əlavələri olanlarla bağlıdır. Belə ki, əmək pensiyasının sığorta hissəsi artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanacaqdır. Onların aylıq əməkhaqqı (tutmuş olduqları vəzifələr üzrə əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Yəni, artıq hər il həmin şəxslərin əmək pensiyasına əlavələr əsas hissə ilə birlikdə ümumi məbləğ olaraq indeksləşdiriləcək.



Digər xəbərlər

Xəbər xətti