İQTİSADİYYAT

Britaniya şirkəti erməniləri məhkəməyə verəcək

18:52 - 13 Dekabr 2022

 Britaniya şirkəti erməniləri məhkəməyə verəcək

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti "Qızılbulaq" yatağından qanunsuz istifadə ilə bağlı məhkəməyə müraciət edə bilər.

VAXTMedia xəbər verir ki, bunu APA-ya açıqlamasında "Anglo-Asian Mining Plc." Şirkətinin maliyyə direktoru İlham Xəlilov deyib.
O bildirib ki, məsələ ilə bağlı mütləq şəkildə beynəlxalq məhkəməyə müraciət edilməsi nəzərdə tutulur: "Bununla bağlı Azərbaycan hökumətinin, yoxsa birbaşa "Anglo-Asian Mining”in iş qaldıracağı hələlik dəqiqləşməyib. Eyni zamanda, ziyanın həcmi ilə bağlı dəqiqləşmələr aparılmalıdır. Amma hələlik orada araşdırma aparılmasına imkan verilmir".



Digər xəbərlər

Xəbər xətti